...

Bütün elektron məktublar və SMS-lər polisin nəzarəti altındadır - İran polisinin rəisi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Yanvar 2010 15:27 (UTC +04:00)
Bütün elektron məktublar və SMS-bildirişlər polisin nəzarəti altındadır. Bunu İran polisinin rəisi İsmayıl Əhmədi Müqəddəm deyib.
Bütün elektron məktublar və SMS-lər polisin nəzarəti altındadır - İran polisinin rəisi (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra əlavə olunub

Bütün elektron məktublar və SMS-bildirişlər polisin nəzarəti altındadır. Bunu İran polisinin rəisi İsmayıl Əhmədi Müqəddəm deyib. Məlumatı ILNA agentliyi yayıb.

Əhmədi Müqəddəmin dediyi kimi, əhalini Aşura günü baş vermiş hadisələrdən sonra SMS-bildiriş və elektron məktublar vasitəsilə qeyri-qanuni nümayişlərdə iştirak etməyə çağıran şəxslərə qarşı polis tərəfindən güzəştə gedilməyəcək.

"Elektron məktubların və SMS-bildirişlərin daxil olduğu bütün mənbələr nəzarət altındadır", - Müqəddəm əlavə edib.

"Anonim "proxy server"-lərdən istifadə edənlər elə fikirləşməsinlər ki, biz onların fəaliyyətinə nəzarət edə bilmərik. Biz indiyədək onlara məktub və SMS-ləri maneəsiz göndərməyə inkan verməklə güzəştə gedirdik", - o deyib.

Müqəddəm həmçinin əlavə edib ki, kütləvi iğtişaşlara səbəb olan qeyri-qanuni nümayişlərdə iştirak edən şəxslərə qarşı sərt cəzalar tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti