...

Müttəki təhlükəsizlik üzrə üçtərəfli danışıqlarda iştirak etmək üçün Pakistana gəlib

Dünya xəbərləri Materials 16 Yanvar 2010 12:23 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki əfqanıstanlı və pakistanlı həmkarları ilə görüşdə iştirak etmək üçün şənbə günü səhər İslamabada gəlib.
Müttəki təhlükəsizlik üzrə üçtərəfli danışıqlarda iştirak etmək üçün Pakistana gəlib

İranın xarici işlər naziri Mənuçöhr Müttəki əfqanıstanlı və pakistanlı həmkarları ilə görüşdə iştirak etmək üçün şənbə günü səhər İslamabada gəlib. Məlumatı Press TV İRNA-ya istinadən yayıb.

İranlı nazir təhlükəsizlik, xarici hərbi hazırlıq və terrorizmlə mübarizə məsələləri üzrə üçtərəfli müzakirələr üçün Əfqanıstan və Pakistanın xarici işlər nazirləri Rangin Dadfar Spanta və Şah Mahmud Qureyşi ilə görüşməyi planlaşdırır.

İran və Əfqanıstanın xarici işlər nazirləri İslamabadda Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Yusif Rza Gilani ilə də görüşəcəklər.

Şənbə günü keçiriləcək görüşlər zamanı nazirlər ayın sonunda Londonda keçiriləcək Əfqanıstanla bağlı beynəlxalq konfrans haqqında fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti