...

Ermənistanın Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda Ankara-Yerevan protokollarına zidd şərtlər var - Türkiyə XİN

Dünya xəbərləri Materials 19 Yanvar 2010 11:16 (UTC +04:00)
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən bəyanata görə, 2009-cu ildə Ankara ilə Yerevan arasında imzalanan protokollarla bağlı Ermənistanın Konstitusiya Məhkəməsinin protokollara uyğun olmayan şərtlər irəli sürməsi qəbuledilməzdir.
Ermənistanın Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda Ankara-Yerevan protokollarına zidd şərtlər var - Türkiyə XİN

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən bəyanata görə, 2009-cu ildə Ankara ilə Yerevan arasında imzalanan protokollarla bağlı Ermənistanın Konstitusiya Məhkəməsinin protokollara uyğun olmayan şərtlər irəli sürməsi qəbuledilməzdir. Məlumatı Türkiyənin ANADOLU İnformasiya Agentliyi yayıb.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqədardır.

Xəbər lenti

Xəbər lenti