...

İran üç yeni peykin təqdimatını keçirəcək

Dünya xəbərləri Materials 20 Yanvar 2010 10:46 (UTC +04:00)
Bu il fevralın 3-də İran üç yeni peykin - "Misbax-2", "Tulu" və tələbələr tərəfindən düzəldilmiş "Ya Mehdi" peyklərinin tədimatını keçirəcək.
İran üç yeni peykin təqdimatını keçirəcək

Bu il fevralın 3-də İran üç yeni peykin - "Misbax-2", "Tulu" və tələbələr tərəfindən düzəldilmiş "Ya Mehdi" peyklərinin tədimatını keçirəcək. Məlumatı MEHR agentliyi yayıb.

İranın telekommunikasiya naziri Rza Təqipur deyib ki, bəhmən ayının 14-ü (fevralın 3-ü) İranda Milli Kosmos günü elan edilib.

Təqipur əlavə edib ki, həmin gün üç yeni peyk təqdim olunacaq.

O deyib ki, həmin peykləri yerli mütəxəssislər hazırlayıblar və onların funksiyaları telekommunikasiya rabitəsinin həyata keçirilməsidir.

İran istehsalı olan ilk peyk "Ümid" 2009-cu il fevralın 3-də "Səfir" raket daşıyıcısı ilə orbitə buraxılıb. Həmin hadisə fevralın əvvəlində İranda İslam İnqlabının 30-cu ildönümünün qeyd edilməsi ilə eyni vaxta salınıb.

Hər il İran İslam İnqlabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 12-dək qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti