...

İran müsəlman ölkələrini Fələstin haqqında film istehsal etməyə çağırır

Dünya xəbərləri Materials 20 Yanvar 2010 14:20 (UTC +04:00)
İran 60 ildir davam edən Fələstin ərazilərinin işğal olunması barədə film çəkməyi planlaşdırır. Bunu İranın mədəniyyət nazirinin kinematoqrafiya üzrə müavini Cavad Şamaqdari deyib.
İran müsəlman ölkələrini Fələstin haqqında film istehsal etməyə çağırır

İran 60 ildir davam edən Fələstin ərazilərinin işğal olunması barədə film çəkməyi planlaşdırır. Bunu İranın mədəniyyət nazirinin kinematoqrafiya üzrə müavini Cavad Şamaqdari deyib. Məlumatı FARS agentliyi yayıb.

Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün 10 milyon dollar lazımdır. "Buna görə də biz bütün müsəlman ölkələrini bu filmin istehsalında iştirak etməyə çağırırıq", - Şamaqdari Livanda "Müqavimət" kinofestivalındakı çıxışı zamanı deyib.

Xəbər lenti

Xəbər lenti