...

Əhmədinejad region ölkələrini birliyə çağırır

Dünya xəbərləri Materials 20 Yanvar 2010 15:13 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad region ölkələri arasındakı birliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Əhmədinejad region ölkələrini birliyə çağırır

İran Prezidenti Mahmud Əhmədinejad region ölkələri arasındakı birliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Məlumatı Press TV yayıb.

"Region ölkələri arasındakı həmrəyliyi dəstəkləmək düşmənlərin birliyinə mane olmağın yeganə vasitəsidir", - Əhmədinejad Tehranda İraqın vitse-prezidenti Adil Əbdülmehdi ilə görüşdə bildirib.

İran Prezidenti İraq hakimiyyətini ayıq-sayıq olmağa, İraq hökumətinin yaradılması və möhkəmləndirilməsi istiqamətində hərəkət etməyə çağırıb.

İraqın vitse-prezidenti öz növbəsində İranın regionun inkişafında rolunu yüksək qiymətləndirib və Tehranla Bağdad arasındakı əlaqələrin fəallaşdırılmasına çağırıb.

Xəbər lenti

Xəbər lenti