...

İranın Firuzkuh şəhərinin sakinləri zəlzələ səbəbindən şəhəri tərk edirlər

Dünya xəbərləri Materials 21 Yanvar 2010 12:44 (UTC +04:00)
Ötən gün səhər İranın Firuzkuh şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib. Həmin zəlzələdən sonra Rixter cədvəli üzrə 2-3 bal gücündə müxtəlif saatlarda davamlı şəkildə daha 30 zəlzələ baş verib ki, bu səbəbdən də sakinlər şəhəri tərk etməyə başlayıb.
İranın Firuzkuh şəhərinin sakinləri zəlzələ səbəbindən şəhəri tərk edirlər

Ötən gün səhər İranın Firuzkuh şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib. Həmin zəlzələdən sonra Rixter cədvəli üzrə 2-3 bal gücündə müxtəlif saatlarda davamlı şəkildə daha 30 zəlzələ baş verib ki, bu səbəbdən də sakinlər şəhəri tərk etməyə başlayıb. Məlumatı İranın İLNA xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 08:56-da, ikincinin isə 6 dəqiqə sonra baş verdiyini, digər zəlzələlərin isə müxtəlif saatlarda bu gün səhər saatlarına qədər davam etdiyini qeyd edib. Dünən baş vermiş zəlzələ nəticəsində evlərin pəncərələri sınıb, divarları çatlayıb və 10 nəfər yaralanıb. Şəhərin orta təhsil müəssisələri və idarələri tətildədir. Şəhər sakinləri ötən günü və bu gecəni küçələrdə keçirib. Şəhərin fövqəladə hallar təşkilatları əhalini idman komleksləri ninsalonlarında yerləşdirib.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz sonuncu zəlzələnin yerli vaxtla bu gün saat 05:47-də Rixter cədvəli üzrə 3,1 bal gücündə baş verdiyini qeyd edib.

Firuzkuh şəhəri paytaxt Tehranın şimal-şərqində yerləşir.

Xəbər lenti

Xəbər lenti