...

Türkiyə artıq Avropa İttifaqına üzv olub - dövlət naziri

Dünya xəbərləri Materials 23 Yanvar 2010 12:38 (UTC +04:00)
Türkiyənin dövlət naziri, Aİ-Türkiyə danışıqlarında baş müzakirəçi Egemen Baxış keçirdiyi mətbuat konfransında Türkiyənin Avropa İttifaqına üzv olduğunu bildirib.
Türkiyə artıq Avropa İttifaqına üzv olub - dövlət naziri

Türkiyənin dövlət naziri, -Türkiyə danışıqlarında baş müzakirəçi Egemen Baxış keçirdiyi mətbuat konfransında Türkiyənin Avropa İttifaqına üzv olduğunu bildirib. Məlumatı Türkiyənin ANADOLU agentliyi yayıb.

"Hər Avropa səfərimdə Türkiyənin nə zaman Aİ-yə üzv olacağını soruşurlar. Mən də deyirəm ki, Avropa istəsə də, istəməsə də biz artıq bu qurumun üzvüyük", - o deyib.

Baxış onu da bildirib ki, hazırda rəsmi Ankara Avropa ölkələri ilə viza rejiminin ləğvi üçün çalışır.

Trend News-un arayışı: Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb. Bəzi ekspertlər hesab edirlər ki, son bir ildə Türkiyə Yaxın ŞərqQafqaz siyasətində fəallaşsa da, Aİ-yə üzvlük üçün islahatların həyata keçirilməsi prosesində ciddi durğunluq müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti