...

İranın İrşad və Mədəniyyət Nazirliyi İRNA dövlət xəbər agentliyinə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 25 Yanvar 2010 11:23 (UTC +04:00)
İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası İRNA dövlət xəbər agentliyinə yazılı xəbərdarlıq edib.
İranın İrşad və Mədəniyyət Nazirliyi İRNA dövlət xəbər agentliyinə xəbərdarlıq edib

İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası İRNA dövlət xəbər agentliyinə  yazılı xəbərdarlıq edib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, İRNA dövlət agentliyi "Görəsən, Məşayi İlyasın özüdür" başlığı ilə yazını dərc etdiyi üçün "Mətbuat haqqında" qanunun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq yazılı xəbərdarlıq alıb.

Ötən həftə İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat İdarəsi ölkənin tanınmış qəzetlərindən olan və hakimiyyət və müxalifətyönlü 15 qəzetə xəbərdarlıq etmişdi.

Rəhm Məşayi İranın prezident administrasiyasının rəhbəridir.

Xəbər lenti

Xəbər lenti