...

AŞ Gürcüstandakı vəziyyəti daim gündəlikdə saxlayır - AŞ Nazirlər Komitəsinin sədri

Dünya xəbərləri Materials 25 Yanvar 2010 19:01 (UTC +04:00)
Gürcüstan-Rusiya müharibəsinin doğurduğu nəticələr AŞ NK-nın iclaslarında gündəlikdə yer alır. Biz bu məsələyə yeni istiqamət vermək istəyirik. NK baş katibinin verəcəyi təklif əsasında bu məsələyə yenidən qayıdılacaq.
AŞ Gürcüstandakı vəziyyəti daim gündəlikdə saxlayır - AŞ Nazirlər Komitəsinin sədri

Fransa, Strasburq, 25 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Gürcüstandakı vəziyyəti gündəlikdə saxlayır. Trend -un məlumatına gərə, bunu bazar ertəsi AŞ Nazirlər Komitəsinin (NK) sədri, İsveçrənin xarici işlər naziri xanım Mişel Kalmi-Rey AŞ PA-nın qış sessiyası çərçivəsində NK-nın fəaliyyətinə dair çıxışında deyib.

"Gürcüstan-Rusiya müharibəsinin doğurduğu nəticələr AŞ NK-nın iclaslarında gündəlikdə yer alır. Biz bu məsələyə yeni istiqamət vermək istəyirik. NK baş katibinin verəcəyi təklif əsasında bu məsələyə yenidən qayıdılacaq. Müharibədən zərərçəkmiş zonalarda insan haqlarının qorunması və müşahidəsi bizim üçün prioritetdir. Mən bu sahədə AŞ insan haqları komissarının səylərini xüsusi qeyd etmək istəyirəm. Hakimiyyət dairələrini də komissarın səylərinə dəstək verməyə çağırıram", - NK sədri bildirib.

O, əlavə edib ki, İsveçrə bu məsələyə xüsusi diqqət göstərir.

"16-17 yanvarda Gürcüstana səfərim zamanı vəziyyətlə yaxından tanış olmaq imkanım oldu", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti