...

Türkiyə İraqın şimalında konsulluq açacaq

Dünya xəbərləri Materials 27 Yanvar 2010 12:43 (UTC +04:00)
Rəsmi Bağdad Türkiyənin İraqın şimalındakı Ərbil şəhərində daha bir konsulluq açmaq qərarını bəyənib.
Türkiyə İraqın şimalında konsulluq açacaq

Rəsmi Bağdad Türkiyənin İraqın şimalındakı Ərbil şəhərində daha bir konsulluq açmaq qərarını bəyənib. Məlumatı Türkiyənin Anadolu agentliyi yayıb.

İraq hökumətinin nümayəndəsi Əli Dabbaq jurnalistlərə bildirib ki, İraq rəhbərliyi iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış müqaviləyə əsasən Türkiyə konsulluğunun açılmasına icazə verib.

Dabbaq gələcəkdə Türkiyədə İraq konsulluğunun açılmasının mümkünlüyünü istisna etməyib. "Türkiyə konsulluğunun fəaliyyəti Ərbil şəhəri ilə yanaşı, Süleymaniyyə və Dahuk şəhərlərini də əhatə edəcək", - İraq rəsmisi əlavə edib.

Hazırda Bəsrə və Mosul şəhərlərində də Türkiyə konsulluğu fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti