...

Holokost qurbanları Azərbaycan məktəbliləri tərəfindən anılıb

Dünya xəbərləri Materials 27 Yanvar 2010 14:55 (UTC +04:00)
BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən akademik Zərifə Əliyeva adına orta məktəbdə 50 nəfərə yaxın şagird və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.
Holokost qurbanları Azərbaycan məktəbliləri tərəfindən anılıb

Azərbaycan, Bakı, 27 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

Holokost qurbanları Azərbaycan məktəbliləri tərəfindən anılıb.

BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən akademik Zərifə Əliyeva adına orta məktəbdə 50 nəfərə yaxın şagird və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.

Bundan əlavə, Beynəlxalq Gün sağ qalanların irsinə həsr edildiyinə görə, tədbirin əsas hissəsində iştirakçılar Holokost hadisələrinin canlı şahidi olan xanım Qerda Veysmanın xatirələri əsasında rejissor Keri Antolis tərəfindən lentə alınmış və "Oskar" mükafatına layiq görülmüş "Sağ qalan bir şəxsin xatirələri" adlı filmi izləyiblər.

Şagirdlərin dediyinə görə, bu filmdən onlar Holokost hadisələrinin dəhşətləri haqqında öyrənərək, tolerantlığın və insan hüquqlarına hörmətin necə vacib olduğunu özləri üçün bir daha təsdiqləmiş oldular.

Çoxu Avropa yəhudisi olmaqla, təxminən 11 milyon insanın müxtəlif növ işgəncələrə məruz qalaraq Faşist Almaniyası tərəfindən məhv edilməsi Holokost adlandırılıb. Sözün mənşəyi yunan dilindən gələrək "kütləvi yandırılma" mənasına gəlir. Araşdırmalara görə, həmin kütləvi qırğınlarda 1.1 milyon uşaq da öldürülüb.

2005-ci il tarixli qətnaməsi ilə BMT hər ilin 27 yanvar tarixini Holokost Qurbanlarının Xatirəsinə Həsr Edilmiş Beynəlxalq Gün kimi dünyada qeyd edilməsini tövsiyə edib.

Yanvarın 27-də 65 il əvvəl milyonlarla insanın həyatını məhv etmiş Faşist Almaniyasının ən böyük ölüm düşərgəsi olan Auşvits-Birkenau azad edilib.

Akademik Zərifə Əliyeva adına orta məktəbdə 26 yanvar 2010-cu il tarixində keçirilən tədbir Holokost və onun insanlıq üzərində təsirindən bəhs edən çıxış ilə başlayaraq, BMT Baş katibinin həmin günə həsr edilmiş video müraciəti ilə davam edib.

Xəbər lenti

Xəbər lenti