...

Türkiyə İsraili BMT Təhlükəsizlik Şurasında tənqid edib

Dünya xəbərləri Materials 28 Yanvar 2010 13:57 (UTC +04:00)
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ertoğrul Apakan İsrailin Fələstinlə bağlı siyasətinə qarşı kəskin tənqidlə çıxış edib. Bu barədə World Bulletin saytı məlumat verir.
Türkiyə İsraili BMT Təhlükəsizlik Şurasında tənqid edib

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ertoğrul Apakan İsrailin Fələstinlə bağlı siyasətinə qarşı kəskin tənqidlə çıxış edib. Bu barədə World Bulletin saytı məlumat verir.

BMT-nin Təhlükəsizlik Şurasını Yaxın Şərqdəki vəziyyəti qiymətləndirməyə dair aylıq görüşündə Apakan Fələstin ərazilərində yəhudi yaşayış məskənlərinin tikintisi və Qəzzə Sektorunun blokadasının davam etməsi barədə Türkiyə hökumətinin mövqeyini bildirib.

Apakanın sözlərinə görə, Türkiyə İsraildən Qüdsdə fələstinlilərin öz evlərindən zorla köçürülməsinin və işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin tikintisinin dayandırılmasını, həmçinin Qəzzədəki faciəyə son qoulmasını tələb edir.

"Şərqi Qüdsdə yaşamaq hüququndan məhrum edilmiş fələstinlilərin sayı 2008-ci ildə 21 dəfə artıb, - Apakan deyib. - Yerusəlim probleminin həll edilməsi bu şəhərin hər iki ölkənin (İsrail və Fələstin) paytaxtı seçilməsi yolu ilə həll edilməlidir, bu zaman burada insanlar sülh şəraitində yanaşı  yaşayacaqlar. Yerusəlimin demoqrafik tərkibi, statusu, mədəni və dini fondu saxlanılmalıdır".

Türkiyəli diplomat həmçinin Qəzzə Zolağında humanitar fəlakətə son qoyulmasının vacibliyini bildirib.

"Hətta İsrailin Qəzzəyə hücumundan bir il sonra anklavın aralarında qadınlar və uşaqlar olan yarımmilyonluq əhalisi aclıq və susuzluq şəraitində yaşayır", - Apakan deyib. Türkiyəli nümayəndənin sözlərinə görə, İsrail blokadası Qəzzə Zolağına yoxsulluq və işsızlik gətirib.

"Qəzzə Sektoru hər kəs üçün açıq olmalıdır və oranın əhalisi normal həyata qayıtmalıdır, - Apakan deyib. - Əks halda sülhün və təhlükəsizliyin bərqərar olması prosesində irəliləyişə nail olmaq çox çətin olacaq".

O əlavə edərək deyib ki, Türkiyə Yaxın Şərqdə sülh prosesinin bərpa olunmasına görə beynəlxalq qüvvələri tamamilə dəstəkləyir.

"Danışıqlar tezliklə bərpa edilməlidir. Yaxın Şərqdə əmin-amanlığı möhkəmlətmək üçün sülh danışıqlarının başlamasına əngəl olan bütün maneələr aradan qaldırılmalıdır", - Apakan deyib.

Xəbər lenti

Xəbər lenti