...

Şənbə günü İranda Aşura günü baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bir qrup şəxsin məhkəməsi keçiriləcək

Dünya xəbərləri Materials 28 Yanvar 2010 15:23 (UTC +04:00)
Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, dekabrın 27-də (Aşura günü) baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bir qrup şəxsin açıq məhkəməsi keçiriləcək.
Şənbə günü İranda Aşura günü baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bir qrup şəxsin məhkəməsi keçiriləcək

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, dekabrın 27-də (Aşura günü) baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bir qrup şəxsin açıq məhkəməsi şənbə günü keçiriləcək. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "IRIBNEWS" məlumat verib.

Dövlətabadi əlavə edib ki, onlar İran rejiminə qarşı əks-təbliğat aparmaqda, qanunsuz keçirilən mitinqlərdə iştirak etməkdə, dövlət çevrilişinə cəhddə, partlayıcı maddələr əldə etməklə partlayışlar törətməkdə və internet səhifələrində ölkə rəsmilərinin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaymaqda ittiham olunurlar.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxsiyyətdir.

Xəbər lenti

Xəbər lenti