...

Bundan sonra güzəşt olmayacaq - İran polisinin rəhbəri

Dünya xəbərləri Materials 28 Yanvar 2010 17:16 (UTC +04:00)
İran hüquq-mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm iğtişaşların təşkilində "düşmənlərə" kömək etmiş şəxslərə qarşı bundan sonra güzəşt olunmayacağını bildirib. Bu barədə İran polisinin rəsmi xəbər saytı "police.ir" məlumat yayıb.
Bundan sonra güzəşt olmayacaq - İran polisinin rəhbəri

İran hüquq-mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm iğtişaşların təşkilində "düşmənlərə" kömək etmiş şəxslərə qarşı bundan sonra güzəşt olunmayacağını bildirib. Bu barədə İran polisinin rəsmi xəbər saytı "police.ir" məlumat yayıb.

Müqəddəm əlavə edib ki, xalq və rejimin iğtişaşlara və inanclarına edilən hörmətsizliklərə qarşı səbri sona çatıb. "Əgər indiyədək dözümlülük nümayiş olunubsa, bu, həqiqətlərin üzə çıxması üçün idi və həqiqətlər də tamamilə aydınlaşdı", - Müqəddəm bu gün deyib.

Müqəddəm islahatçıların məğlubiyyətinin səbəblərini açıqlayıb. "İslam Respublikasında iğtişaşlar yaratmaq və əcnəbilərdən dəstək almaq islahatçıların məğlubiyyətinin əsas iki səbəbidir", - o deyib.

O əlavə edib ki, prezident seçkilərindən sonrakı hadisələrdə düşmənlərin əli olduğu sezilirdi, lakin Aşura günü baş verənlər bir çox şeyə aydınlıq gətirdi.

"Aşura günü bəziləri İran polisinə etiraz edərək bildirdi ki, nəyə görə əhaliyə hücum olumnadı və polisin döyülməsinə şərait yaradıldı. Biz bu müqəddəs günün hörmətini saxladığımız üçün əhaliyə əl qaldırmadıq və həqiqətlər Aşura günü əhaliyə əyan oldu", - Əhmədi Müqəddəm deyib.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Həmin gün Tehranın polis rəisi Əzizullah Rəcəbzadə və bir neçə polis nəfəri də yaralanmışdı. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxslərdir.

Xəbər lenti

Xəbər lenti