...

Türkiyə və Ermənistan XİN rəhbərləri gələn həftə Münhendə görüşəcək

Dünya xəbərləri Materials 29 Yanvar 2010 11:59 (UTC +04:00)
Türkiyə XİN rəhbəri Ahmet Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan gələn həftə Münhendə görüşərək Türkiyə-Ermənistan protokollarını müzakirə edəcəklər. Bu haqda Türkiyənin Hürriyet qəzeti məlumat verib.
Türkiyə və Ermənistan XİN rəhbərləri gələn həftə Münhendə görüşəcək

Türkiyə XİN rəhbəri Ahmet Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan gələn həftə Münhendə görüşərək Türkiyə-Ermənistan protokollarını müzakirə edəcəklər. Bu haqda Türkiyənin Hürriyet qəzeti məlumat verib.

Trend : Cümə axşamı Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu erməni  həmkarı ilə görüşüb. Bu haqda  Türkiyənin Anadolu Agentliyi  məlumat verib.

Məlumatda qeyd edilir ki, 15 dəqiqəyə yaxın davam edən görüş zamanı nazirlər Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların məzmununa dəyişikliklə bağlı müzakirə aparıblar. "Davudoğlu bu dəyişiklikdən sonra ortaya yeni bir durumun çıxdığını bir daha Nalbandyanın diqqətinə çatdırıb", - məlumatda vurğulanır.

Ermənistanın xarici işlər naziri isə buna baxmayaraq protokolların iki ölkənin parlamentlərində qəbul olunması ilə bağlı prosesin davam etdiyini xatırladıb.

Davudoğlu ilə Nalbandyanın gələn həftə Almaniyanın Münhen şəhərində keçiriləcək təhlükəsizlik toplantısında bir daha görüşəcəyi və müzakirələri davam etdirəcəyi bildirilib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Ahmet Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyə tərəfinin iddiasına görə, ötən həftə Ermənistanın Konstitusiya Məhkəməsində keçirilən müzakirələr zamanı imzalanan protokolların məzmununda dəyişiklik edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti