İran nüvə silahının yayılmaması haqqında müqavilədən (NSYM) çıxmaq niyyətində deyil. İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi İranın müqavilədən çıxması ilə bağlı ötən həftə yayılmış məlumata cavab olaraq bildirib. Bu barədə IRNA agentliyi məlumat verib.
"İran həmişə NSYM-in üzvü olub və üzvü olaraq da qalacaq", - Salehi deyib.
O həmçinin qeyd edib ki, bu müqavilə həm beynəlxalq cəmiyyətin, həm də İranın maraqlarına xidmət etmək üçün yaradılıb.
"İranda heç bir zaman NSYM-dən çıxmaq məsələsi yüksək səviyyədə qaldırılmayıb", - Salehi deyib.
"Bəziləri güman edirlər ki, MAQATE-nin yeni başçısının seçilməsi İrana xeyrinə olmayacaq, lakin "İran azad ölkədir və vətəndaşlar bütün məsələlər üzrə öz fikirlərini azad şəkildə deyə bilərlər", - o deyib.
"Bəzi şəxslərin fikirləri İranın rəsmi fikri deyil", - Salehi bildirib.