...

Türkiyənin Konya vilayətinin jandarma alay komandiri həbs edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Mart 2010 12:28 (UTC +04:00)
Türkiyə polisi Konya vilayətinin jandarma alay komandiri Hüseyn Özçobanı həbs edib. O, "Balyoz" adı altında dövlət çevrilişinin qarşısının alınması üzrə əməliyyat zamanı həbs olunub.
Türkiyənin Konya vilayətinin jandarma alay komandiri həbs edilib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra əlavə olunub

Türkiyə polisi Konya vilayətinin jandarma alay komandiri Hüseyn Özçobanı həbs edib. O, "Balyoz" adı altında dövlət çevrilişinin qarşısının alınması üzrə əməliyyat zamanı həbs olunub. Məlumatı Türkiyənin Cihan agentliyi yayıb.

İstanbul məhkəməsi cümə günü ehtiyatda olan iki ordu generalının 2003-cü ildə dövlət çevrilişinə cəhddə ittihamı ilə həbsini təsdiq edib. Bu barədə RİA Novosti yerli KİV-ə istinadən məlumat verib. Ümumilikdə, bu vaxta qədər 33 hərbçi həbs olunub.

Dövlət çevrilişinə cəhd üzrə işin istintaqı çərçivəsində məhkəmə keçmiş birinci səhra ordu generalı Çetin Doğan və korpus generalı Engin Alanı həbs edib.

İstintaqın yeni dalğası çərçivəsində Türkiyənin 13 əyalətində 18 sabiq və fəaliyyətdə olan hərbçi həbs edilib.

İstintaq "Taraf" qəzetində bir sıra qalmaqal doğuran məqalənin çap olunmasından sonra başlanılıb. Türkiyənin iqtidaryönlü "Taraf" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" adlı xüsusi plan hazırlayıb. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi.

Qəzetin məlumatına görə, bir müddət öncə Ərdoğan hökumətini devirmək məqsədi ilə sui-qəsddə ittiham olunan "Ergenekon təşkilatı"nın işi üzrə hay-küylü sənədlərin müəllifi yüksək rütbəli hərbçilərdir.

Müxalifətçilərin məhkəməsi 2007-ci ildən etibarən keçirilir. Təxminən 200 nəfər siyasətçi və ictimai xadim, jurnalist, vəkil, ali məktəb müəllimi, ehtiyyatda olan və fəaliyyət göstərən hərbiçi və polis işçisinin işi üzrə məhkəmə keçirilib.

2003-cü ildə dövlət çevrilişinə cəhd üzrə işin istintaqı çərçivəsində ötən bazar ertəsi 49 nəfər ehtiyatda və fəaliyyətdə olan hərbçi həbs edilib. Onlardan bəziləri Türkiyə ordusunun sabiq yüksəkrütbəli hərbçiləri - HDQvə HHQ-nin sabiq komitə rəhbərləri İbrahim Fırtına və Özden Örnək, həmçinin birinci səhra orusunun sabiq komandanı Ergin Sayqun cümə axşamı azad ediliblər.

Dövlət çevrilişinə cəhd üzrə istintaq hökumət və ordu arasında münasibətləri kəskinləşdirib. Münaqişənin nizamlanması üçün Türkiyə Prezidenti Abdullah Gül cümə axşamı Baş nazir Rəcəb Tayyib Ərdoğan və Baş Qərargah rəisi İlkər Başbuğla görüşüb. Türkiyə lideri bəyan edib ki, münaqişə mövcud olan qanunvericiliyə və Konstitusiya quruluşu çərçivəsində nizama salınacaq.

Xəbər lenti

Xəbər lenti