...

İranın "İranduxt" aylıq jurnalının nəşrinə qadağa qoyulub

Dünya xəbərləri Materials 1 Mart 2010 13:47 (UTC +04:00)
İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası ölkənin "İranduxt" (İran qızı) aylıq jurnalının nəşrinə qadağa qoyub.
İranın "İranduxt" aylıq jurnalının nəşrinə qadağa qoyulub

İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası ölkənin "İranduxt" (İran qızı) aylıq jurnalının nəşrinə qadağa qoyub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"İranduxt" aylıq jurnalının baş redaktoru İranın müxalifət liderlərindən olan, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Məhəmməd Hüseyn Kərrubidir.

Məlumatda jurnalın nəşrinə hansı səbəbdən qadağa qoyulduğu açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti