...

Abxaziyada gərginliyin aradan qaldırılması üzrə bü gün növbəti görüş keçiriləcək

Dünya xəbərləri Materials 2 Mart 2010 11:20 (UTC +04:00)
Hadisələrin qarşısının alınması üzrə mexanizmə dair növbəti on üçüncü görüş bu gün martın 2-də Qalidə BMT-nin sədrliyi altında təşkil ediləcək.
Abxaziyada gərginliyin aradan qaldırılması üzrə bü gün növbəti görüş keçiriləcək

Gürcüstan, Tbilisi, 2 mart / Trend , müxbir N.Kirsxaliya/

Hadisələrin qarşısının alınması üzrə mexanizmə dair növbəti on üçüncü görüş bu gün martın 2-də Qalidə BMT-nin sədrliyi altında təşkil ediləcək.

Görüşdə Gürcüstan, Rusiya, Abxaziya tərəfi və həmçinin BMT, Aİ nümayəndələri iştirak edəcəklər.

Gürcüstan tərəfi son günlərdə Abxaziyanın Qali rayonunda hücuma məruz qalan Gürcüstan ailələrinin kriminal vəziyyətinin kəskinləşməsi məsələsini qaldırmaq niyyətindədir.

Gürcüstan nümayəndə heyətinə başçılıq edən Gürcüstan DİN-nin Məlumat və Təhlil İdarəsinin sədri Şota Utiaşvili bildirib ki, müzakirələr zamanı Abxaziya ilə Gürcüstanın inzibati sərhədi vasitəsilə vətəndaşların azad hərəkət etməsi məsələsi yenidən qaldırılacaq.

Görüş yerli vaxtla saat 10.00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti