...

İranın Xuzistan əyalətində üç zəlzələ baş verib

Dünya xəbərləri Materials 4 Mart 2010 16:14 (UTC +04:00)
Bu gün günorta saatlarında İranın Xuzistan əyalətində Rixter cədvəli üzrə 3.2, 2.8 və 2.6 bal gücündə üç zəlzələ baş verib.
İranın Xuzistan əyalətində üç zəlzələ baş verib

Bu gün günorta saatlarında İranın Xuzistan əyalətində Rixter cədvəli üzrə 3.2, 2.8 və 2.6 bal gücündə üç zəlzələ baş verib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı Iribnews yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 09:43-də, ikincinin 11:05-də, üçüncünün isə 11:45-də baş verdiyini qeyd edib.

Zəlzələ əsasən Əndimeşk şəhərinin 10 kilometrliyində hiss olunub. Ötən həftə də bu şəhərdə 7 dəfə zəlzələ baş vermişdi.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti