...

İtaliyanın İrandakı səfiri XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 5 Mart 2010 10:48 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst İtaliyada iki iranlının həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, İtaliyanın Tehrandakı səfiri XİN-ə çağırılıb və bu məsələ ciddi şəkildə diqqət mərkəzində saxlanılıb.
İtaliyanın İrandakı səfiri XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst İtaliyada iki iranlının həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, İtaliyanın Tehrandakı səfiri XİN-ə çağırılıb və bu məsələ ciddi şəkildə diqqət mərkəzində saxlanılıb. Məlumatı MEHR xəbər agentliyi yayıb.

İ"taliyada iki iranlının həbs edilməsi ilə bağlı yayılan məlumatlar göstərir ki, "yeni oyun" oynanılır və bu oyun heç də yaxşı olmayan məqsədlərə xidmət edir", - Mehmanpərəst deyib.

Ötən gün İran xəbər agentlikləri məlumat yaymışdı ki, İran dövlət televiziyasının jurnalisti Həmid Məsuminejad və bir iranlı İtaliyada həbs olunub. Beynəlxalq KİV-lərin məlumatına əsasən, bu iki şəxs İtaliya polisinin iki gün öncə bir neçə nəfəri İrana silah satmaq ittihamı ilə həbs etdiyi zaman saxlanılıb. Məlumata əsasən, həbs edilmiş şəxslər İrana qanunsuz silah qaçaqmalçılığı ilə məşğul olurmuş.

Xəbər lenti

Xəbər lenti