...

İran prezidentliyinə keçmiş namizəd Kərrubinin oğlu hava limanında saxlanılıb, pasportu alınıb

Dünya xəbərləri Materials 6 Mart 2010 14:02 (UTC +04:00)
İran prezidentliyinə keçmiş namizəd və Milli Etimad Partiyasının baş katibi Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi hava limanına daxil olarkən İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və pasportu əlindən alınıb.
İran prezidentliyinə keçmiş namizəd Kərrubinin oğlu hava limanında saxlanılıb, pasportu alınıb

İran prezidentliyinə keçmiş namizəd və Milli Etimad Partiyasının baş katibi Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi hava limanına daxil olarkən İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və pasportu əlindən alınıb. Bu barədə partiyanın rəsmi saytında bildirilir.

Məlumatda deyilir ki, oğul Kərrubi universitetdə təhsili ilə əlaqədar Böyük Britaniyaya gedirmiş. Hava limanının təhlükəsilzik qüvvələri onun pasportunun götürülməsinin səbəblərini açıqlamayıb.

Bundan əvvəl təhlükəsizlik qüvvələri Kərrubinin digər oğlu Hüseyn Kərrubinin ölkədən çıxmasına əngəl törədib.

Mehdi Kərrubi ötən il iyunun 12-də İranda keçirilmiş prezident seçkilərində hazırkı Prezident Mahmud Əhmədinejadın əsas rəqiblərindən biri olub.

Xəbər lenti

Xəbər lenti