...

İran Prezidenti sabah Əfqanıstana səfər edəcək

Dünya xəbərləri Materials 9 Mart 2010 12:24 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran Prezidenti Mahmud Əhmədinejad sabah Əfqanıstana səfər edəcək.
İran Prezidenti sabah Əfqanıstana səfər edəcək

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran Prezidenti Mahmud Əhmədinejad sabah Əfqanıstana səfər edəcək. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat yayıb.

Səfər Əfqanıstan Prezidenti Hamid Kərzayinin rəsmi dəvəti ilə baş tutur. Səfərdə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və Əfqanıstandakı mövcud problemlərin həlli yolları müzakirə olunacaq.

Bundan öncə Əhmədinejadın Əfqanıstana martın 8-də səfər edəcəyi barədə məlumat yayılmışdı.

Xəbər lenti

Xəbər lenti