...

Türkiyədəki Ukrayna konsulluğuna hücum olunub (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 9 Mart 2010 13:35 (UTC +04:00)
İstanbuldakı Ukrayna konsulluğuna silahlı hücum olunub.
Türkiyədəki Ukrayna konsulluğuna hücum olunub (ƏLAVƏ OLUNUB-2)

RED. əlav.: üçüncü abzasdan sonra təfərrüatı ilə əlavə olunub

İstanbuldakı Ukrayna konsulluğuna silahlı hücum olunub. Bu barədə CNN Turk saytı məlumat verir.

Ukrayna konsulluğunun yerləşdiyi ərazidə insanların evakuasiyası aparılıb.

İstanbuldakı Ukrayna konsulluğuna silahlı hücum olunub. Bu barədə CNN Turk saytı məlumat verir.

Türkiyə KİV-in məlumatına əsasən, hadisə yerli vaxtla saat 10:00-da baş verib. Naməlum şəxs konsulluğun binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdirilib. Naməlum şəxs açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya çatdırılıb. Axtarış zamanı şəxsin üzərində saatlı bomba mexanizmi aşkarlanıb.

Hücum edən şəxs saatlı bomba mexanizmi ilə silahlanıb. Ukrayna konsulluğunun yerləşdiyi ərazidə insanların evakuasiyası aparılıb.

İstanbul meri Müəmmər Gülər bəyan edib ki, hadisə siyasi xarakter deyil, şəxsi xarakter daşıyır. Fakt üzrə istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti