...

Türkiyə İsveç ilə münasibətlərinin pisləşməsinə təəssüf edir - səfir

Dünya xəbərləri Materials 12 Mart 2010 20:58 (UTC +04:00)
Türkiyənin İsveçdəki səfiri Zərgün Korutürk İstanbula çatan kimi iki ölkə arasında ikitərəfli münasibətlərin pisləşməsinə dair təəssüfləndiyini bildirib.
Türkiyə İsveç ilə münasibətlərinin pisləşməsinə təəssüf edir - səfir

Türkiyənin İsveçdəki səfiri Zərgün Korutürk İstanbula çatan kimi iki ölkə arasında ikitərəfli münasibətlərin pisləşməsinə dair təəssüfləndiyini bildirib. Bu barədə Cihan agentliyi məlumat verir.

Sənədin qəbulundan bir neçə saat sonra Ankara buna cavab olaraq məsləhətləmələr məqsədi ilə öz səfirini Stokholmdan geri çağırıb. Analoji qərar ötən həftə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iclasında da qəbul olunub. İsveç Parlamenti və ABŞ Konqresinin "erməni soyqırımı" haqqında qətnaməsinə etiraz əlaməti olaraq, rəsmi Ankara həmin ölkələrdən öz səfirlərini geri çağırıb.

Türkiyə səfiri Korutürk bildirib ki, Ankaraya məsləhətləşmələr aparmaq üçün geri çağırılıb. Səfir Stokholma nə vaxt qayıdacağını bildirməyib.

İsveç tərəfi bu məsələyə öz münasibətini bildirərək deyib ki, "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş addımlara ciddi zərbə vuracaq.

İsveçin xarici işlər naziri Karl Bildtin sözlərinə görə, tarixdə hadisələri siyasiləşdirmək olmaz.

Xəbər lenti

Xəbər lenti