...

Almaniya "Pejak" qruplaşmasının liderini azad etməklə öz etibarını itirib - İranın Ali Liderinin nümayəndəsi

Dünya xəbərləri Materials 13 Mart 2010 14:00 (UTC +04:00)
"Almaniya həbs edilən "Pejak" qruplaşmasının rəhbəri Əbdülrəhman Hacıəhmədini azad etməklə beynəlxalq arenada öz etibarını itirib". İRNA agentliyi məlumat verir ki, bu barədə İranın Ali Lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.
Almaniya "Pejak" qruplaşmasının liderini azad etməklə öz etibarını itirib - İranın Ali Liderinin nümayəndəsi

"Almaniya həbs edilən "Pejak" qruplaşmasının rəhbəri Əbdülrəhman Hacıəhmədini azad etməklə beynəlxalq arenada öz etibarını itirib". İRNA agentliyi məlumat verir ki, bu barədə İranın Ali Lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

O, həmçinin, əlavə edib ki, "Hacıəhmədinin azad edilməsi beynəlxalq qanunların pozulması deməkdir, çünki "Pejak" "rəhbəri" və digər terroristlər İran xalqı və İrana qarşı yönəlmiş terrorist fəaliyyətdə şübhəli bilinirlər".

"Bu kimi fəaliyyətlər Almaniyanın təsirindən irəli gəlir", - Vilayəti bildirib.

Ötən həftə PKK terrorist qruplaşmasının İran cinahı olan "Pejak"ın rəhbəri Əbdürrəhman Hacıəhmədi Almaniyada həbs edilib.

İranın Kürdüstan əyalətində fəaliyyət göstərən "Pejak" qruplaşması ilə İran ordusu arasında dəfələrlə baş verən atışma zamanı xeyli sayda əsgər ölüb. Qruplaşma Kürdüstanı İrandan ayırmaq məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti