...

Tehran yeni ildə xarici siyasətinin prioritetlərini müəyyən edib

Dünya xəbərləri Materials 13 Mart 2010 13:36 (UTC +04:00)
Tehran əsas prioritet qismində nüvə məsələsini, nüvə silahsızlaşdırılması və diplomatik münasibətlərin genişləndirilməsini xatırladaraq, İran təqvimi üzrə yeni ildəki xarici fəaliyyətinin məqsədlərini bildirib. Bu barədə Press TV LİNA Agentliyinə istinadən məlumat verir.
Tehran yeni ildə xarici siyasətinin prioritetlərini müəyyən edib

Tehran əsas prioritet qismində nüvə məsələsini, nüvə silahsızlaşdırılması və diplomatik münasibətlərin genişləndirilməsini xatırladaraq, İran təqvimi üzrə yeni ildəki xarici fəaliyyətinin məqsədlərini bildirib. Bu barədə Press TV LİNA Agentliyinə istinadən məlumat verir.

"Qlobal silahsızlaşdırma, sözsüz ki, qarşıdan gələn ildə (İranda il martın 21-dən başlayır) İran XİN-in tədbirlər planına daxil ediləcək", - İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst cümə günü deyib.

"Biz səylərin canlandırılması ümidi ilə silahsızlaşdırma üzrə beynəlxalq kampaniya keçirməyə çalışacağıq və digər dövlətləri də buna qoşulmağa cağıracağıq", - o əlavə edib.

Mehmanpərəst "acgöz" dövlətlərin İranın öz nüvə faəliyyətini həyata keçirmək üzrə qanuni hüququna qəsd etməsinə icazə verməyəcəyini bildirərək təsdiqləyib ki, İran öz sülh-nüvə işlərini davam etdirəcək.

"Tehran, həmçinin, Asiya İttifaqı yaratmaq məqsədilə region dövlətləri ilə əlaqələri genişləndirməyə çalışacaq", - mətbuat katibi deyib.

Avropa İttifaqı ilə əlaqələrin daha sıx perspektivlərini şərh edən Mehmanpərəst vurğulayıb ki, "Əgər Aİ ölkələrinin hakimiyyətləri Vaşinqtonun onların apardığı siyasətə təsirini azaltsa, bu zaman tərəflər arasında əməkdaşlıq mümkün ola bilər".

Xəbər lenti

Xəbər lenti