...

Keçmişdə baş verənlərin siyasiləşdirilməsi doğru deyil - Aİ komissiyasının üzvü

Dünya xəbərləri Materials 15 Mart 2010 13:19 (UTC +04:00)
Keçmişdə baş verənlərin siyasiləşdirilməsi doğru deyil - Aİ komissiyasının üzvü
Keçmişdə baş verənlərin siyasiləşdirilməsi  doğru deyil - Aİ komissiyasının üzvü

Avropa İttifaqı Komissiyasının genişlənmə və qonşuluq siyasətinə görə məsul şəxsi Stefan Füle İşveç Parlamentində saxta "erməni soyqırımı"nın qəbul edilməsinə münasibət bildirərək, keçmişdə baş verən hadisələrin siyasiləşdirilməsinin doğru olmadığını bildirib. Bu haqda Türkiyənin CNN Türk informasiya portalı məlumat verib.

" Keçmişdə baş verənlərin siyasiləşdirilməsi doğru deyil", - Füle bildirib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin martın 4-də keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra, martın 11-də İşveş Parlamentinin Xarici əlaqələr komitəsi saxta "erməni soyqırımı"nı təsdiq edib.

Rəsmi Ankara İşveç Parlamentinin və ABŞ Konqresinin "erməni soyqırımı"nı qəbul etməsinə etiraz olaraq, həmin ölkələrdəki səfirlərini geri çağırıb.

İsveçin xarici işlər naziri Karl Birld məsələyə münasibət bildirirək, "erməni soyqırımı"nın qəbul edilməsinin Türkiyə - Ermənistan əlaqələrinin normallaşması istiqamətində atılan addımlara ciddi zərbə vuracağını bildirib.

Xəbər lenti

Xəbər lenti