...

Çin İrana görə çox narahatdır – XİN rəhbəri

Dünya xəbərləri Materials 16 Mart 2010 12:15 (UTC +04:00)
Çin İran ətrafında cərəyan edən hadisələrə görə çox narahatdır. Bu barədə çərşənbə axşamı Çinin XİN rəhbəri Yanq Szeçi İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə onun ölkəsinin razı olmaması barədə yenidən bildirib. Bu barədə "Reuters" məlumat yayıb.
Çin İrana görə çox narahatdır – XİN rəhbəri

Çin İran ətrafında cərəyan edən hadisələrə görə çox narahatdır. Bu barədə çərşənbə axşamı Çinin XİN rəhbəri Yanq Szeçi İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə onun ölkəsinin razı olmaması barədə yenidən bildirib. Bu barədə "Reuters" məlumat yayıb.

"Mən qeyd etmək istərdim ki, bu məsələ beynəlxalq birliklərin diqqət mərkəzində olan məsələdir", - Yanq jurnalistlərə deyib.

"Pekin hazırkı vəziyyətdən çox narahatdır", - Yanq deyib. - "Çin yenə də məsələnin diplomatik həllinə çalışır".

Qərb dövlətləri istəyir ki, BMT Təhlükəsizlik Şurası Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnaməni təqdir etsin, lakin Çinin qarşıdurması ilə üzləşirlər.

Xəbər lenti

Xəbər lenti