...

Türkiyə Ordusu dünya parlamentlərində "erməni soyqırımı"nın müzakirə edilməsindən narahatdır

Dünya xəbərləri Materials 16 Mart 2010 14:09 (UTC +04:00)
Digər ölkələrin parlamentlərində müzakirələr zamanı qondarma "erməni soyqırımı" qətnaməsinin qəbul edilməsi çox ciddi məsələdir. Bu barədə Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuk bildirib.
Türkiyə Ordusu dünya parlamentlərində "erməni soyqırımı"nın müzakirə edilməsindən narahatdır

Türkiyə Ordusu dünya parlamentlərində "erməni soyqırımı"nın müzakirə edilməsindən narahatdır

Digər ölkələrin parlamentlərində müzakirələr zamanı qondarma "erməni soyqırımı" qətnaməsinin qəbul edilməsi çox ciddi məsələdir. Bu barədə Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuk bildirib.

Onun sözlərinə əsasən, Türkiyə bu kimi qərarlara çox həssas yanaşır.

ABŞ Konqresinin Komitəsinin ardınca İsveç Parlamenti bir səs fərqi ilə qondarma "erməni soyqırımı" qətnaməsini qəbul edib.

Etiraz əlaməti olaraq Ankara Vaşinqtondakı və Stokholmdakı səfirlərini geri çağırıb.

Türkiyə Baş Qərargah rəisi bildirib ki, Türkiyə Ordusu Ankaranın ABŞ Konqresinin və İsveç Parlamentinin qərarlarına qarşı qəbul olunan bütün diplomatik addımlarını tamamilə dəstəkləyir.

"Türkiyə XİN ilə yanaşı, Türkiyə Ordusu da bu məsələdən çox narahatdır", - Başbuk bildirib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələri və İsveç hökuməti "soyqırım"a dair qətnamənin Parlamentdə qəbul edilməsini yanlış adlandırıb.

Xəbər lenti

Xəbər lenti