...

Qazaxıstan Prezidentinin Özbəkistana səfəri davam edir

Dünya xəbərləri Materials 17 Mart 2010 10:42 (UTC +04:00)
Bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Özbəkistana rəsmi səfərinin ikinci günündə Prezident İslam Kərimovun iqamətgahında dövlət başçıları arasında danışıqlar aparılacaq.
Qazaxıstan Prezidentinin Özbəkistana səfəri davam edir

Özbəkistan, Daşkənd, 17 mart / Trend , müxbir D.Əzizov/

Bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Özbəkistana rəsmi səfərinin ikinci günündə Prezident İslam Kərimovun iqamətgahında dövlət başçıları arasında danışıqlar aparılacaq.

Özbəkistan-Qazaxıstan ticari-iqtisadi münasibətləri, regional və beynəlxalq problemlər, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə prezidentlərin fikir mübadiləsi gözlənilir.

Danışıqların sonunda Özbəkistan və Qazaxıstan arasında əməkdaşlığın gələcək inkişafı istiqamətində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dünən axşam Özbəkistan Prezidenti İslam Kərimovun dəvəti ilə Daşkəndə səfər edib. Daşkənd hava limanında ali qonağı Özbəkistanın Baş naziri Şəvkət Mirziyayev qarşılayıb.

Xəbər lenti

Xəbər lenti