...

İslam dünyasına cəlb olunmuş ABŞ hərbçiləri İsraillə münaqişə nəticəsində əziyyət çəkirlər - general Petreus

Dünya xəbərləri Materials 17 Mart 2010 12:59 (UTC +04:00)
ABŞ ordusunun İraq və Əfqanıstandakı baş komandanı general David Petreus fələstinlilər və israillilər arasında vəziyyətin kəskinləşməsinin İslam dünyasına cəlb olunmuş Amerika ordusunun vəziyyətinə "böyük təsir" göstərməsi ilə bağlı ölkəsinin narahatlığını bildirib və qeyd edib ki, mərkəzi komandanlıq bu hadisələri diqqətlə izləyir.
İslam dünyasına cəlb olunmuş ABŞ hərbçiləri İsraillə münaqişə nəticəsində əziyyət çəkirlər - general Petreus

ABŞ ordusunun İraq Əfqanıstandakı baş komandanı general David Petreus fələstinlilər və israillilər arasında vəziyyətin kəskinləşməsinin İslam dünyasına cəlb olunmuş Amerika ordusunun vəziyyətinə "böyük təsir" göstərməsi ilə bağlı ölkəsinin narahatlığını bildirib və qeyd edib ki, mərkəzi komandanlıq bu hadisələri diqqətlə izləyir. Məlumatı Reuter agentliyi yayıb.

Petreus öz bəyanatında ABŞ ordusunun tədricən İraqdan çıxarılmasına hazırlıq, eyni zamanda, Əfqanıstanda kontingentin artırılması, eləcə də İranın nüvə proqramı zəminində Tehranla mümkün ziddiyyət fonunda Amerika ordusu zabitlərinin narahatlığını bildirib.

ABŞ Prezidenti Barak Obama administrasiyası və İsrail arasında gərginlik vitse-prezident Cozef Baydenin İsrailə səfəri zamanı Baş nazir Benyamin Netanyahunun işğal edilmiş Qərbi Sahil ərazisində yəhudi ailələri üçün 1600 yeni evin tikilməsi ilə bağlı planları açıqlamasından sonra yaranıb.

İsrailin məşkunlaşmanın genişləndirilməsi və Fələstin məhəlləsində yenidən tikilmiş sinaqoqun açılması planları elan olunduqdan sonra, ötən gün Qüdsdə fələstinlilər və İsrail ordusu arasında kəskin toqquşmalar baş verib.

Yürüşçülərlə İsrail polisi arasında toqquşmalarda onlarla adam yaralanıb.

Baxmayaraq ki, Petreusun komandanlığı Fələstin və İsrail ərazilərinə şamil edilmir, bununla belə amerikalı general Konqresin son iclasında bildirib ki, "baş verənləri diqqətlə izləyir və ərəb dünyasındakı hadisələrin mərkəzi komandanlığın vəziyyətinə göstərdiyi təsir barədə dəqiq təsəvvürə malikdir".

Fələstin ərazilərinin Yaxın Şərqdə mərkəzi komandanlığın rəhbərliyi zonasına daxil edilməsi ilə bağlı müzakirələrə toxunan Petreus bildirib ki, bunu rəsmən Pentaqona və Ağ Evə məsləhət görmür.

"Məlumdur ki, gərginlik və problemlərin nəzarətdə olan zonalarda mərkəzi komandanlığın strateji kontekstinə böyük təsiri var", - Petreus deyib.

Fələstin-İsrail trekində yaranmış vəziyyət martın 19-da Yaxın Şərq "dördlüyünün" (BMT, Aİ, Rusiya və ABŞ) iclasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti