...

ABŞ-a Ərdoğanın əvəzinə Davudoğlu gedə bilər

Dünya xəbərləri Materials 18 Mart 2010 20:58 (UTC +04:00)
Nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak etmək üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın əvəzinə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a gedə bilər.
ABŞ-a Ərdoğanın əvəzinə Davudoğlu gedə bilər

Nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak etmək üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın əvəzinə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a gedə bilər. Bu barədə CNN Turk saytı yazır.

Ərdoğan ötən həftə İsveç Parlamentinin qondarma "erməni soyqırımı"na dair qətnaməni təqdir etməsindən sonra həmin ölkəyə səfərindən imtina edib. Türkiyə mətbuatı yazır ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin martın 4-də qondarma "erməni soyqırımı"na dair qətnamə qəbul etməsinə görə hökümət başçısı eləcə də aprelin 12-də planlaşdırdığı Vaşinqton səfərindən imtina edə bilər.

Etiraz əlaməti olaraq Türkiyə Vaşinqton və Stokholmdan öz səfirlərini geri çağırıb. Konqres komitəsində qətnamənin qəbul edilməsindən sonra Ərdoğan bildirib ki, onun Vaşinqtona gedişi sual altındadır və istisna edilmir ki, sammitə Türkiyə hökumətinin rəsmi nümayəndəsi gedə bilər.

CNN Turk-ün məlumatına görə, həmin sammitdə Türkiyəni Əhməd Davudoğlu təmsil edə bilər.

ABŞ-dakı mənbələrə istinad edərək sayt yazır ki, Türkiyə Prezident Obamanın sammitdə iştiraka dair təklifinə "nə hə, nə yox" deyib.

Planlaşdırılır ki, apreldə Vaşinqtonda nüvə təhlükəsizliyinə dair sammitin keçiriıməsi ilə eyni vaxtda Türkiyə-ABŞ iclası keçirilsin.

ABŞ öz növbəsində, səfir Namiq Tanın Vaşinqtona dönməsinin yubadılmasından narahatdır.

Səfirin geri dönməsi üçün Türkiyə Vaşinqtondan İsveç hökumətinin parlamentdə "soyqırım"ın tanınmasından sonra etdiyi hərəkətin eynisini tələb edir. "Hesab edilir ki, Namiq Tan Barak Obamanın 24 aprel tarixindəki (erməni lobbisinin "soyqırım günü" adlandırdığı tarix) çıxışından sonra qayıdacaq", - Türkiyə saytı yazır.

Xəbər lenti

Xəbər lenti