...

İsraillə sülh əldə etmək "mümkün deyil" - Suriya Prezidenti

Dünya xəbərləri Materials 19 Mart 2010 10:53 (UTC +04:00)
Suriya Prezidenti Bəşər əl-Əsəd cümə axşamı bildirib ki, İsrail ilə sülhə nail olmaq "mümkün deyil", çünki Benyamin Netanyahu hökuməti dinc danışıqlar tərəfdarı deyil. Məlumatı AFP agentliyi yayıb.
İsraillə sülh əldə etmək "mümkün deyil" - Suriya Prezidenti

Suriya Prezidenti Bəşər əl-Əsəd cümə axşamı bildirib ki, İsrail ilə sülhə nail olmaq "mümkün deyil", çünki Benyamin Netanyahu hökuməti dinc danışıqlar tərəfdarı deyil. Məlumatı AFP agentliyi yayıb.

"İsrail tərəfdaşlığı olmadığına görə Yaxın Şərqdə sülhün bərqərarı mümkün deyil", - əl-Əsəd deyib. İsrail və Suriya 2008-ci ilin mayında Türkiyənin vasitəçiliyilə birbaşa olmayan danışıqları bərpa ediblər. Danışıqlar 2008-ci ilin sonları - 2009-cu ilin əvvəllərində İsrailin Qəzza bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra dayandırılmışdı.

Prezident əl-Əsəd İsrail hökumətinin Şərqi Qüdsdə 1600 yeni evin tikintisi barədə qərarını regionda "müharibə və gərginliyə" sövq edən əsl maneə adlandırıb.

Əl-Əsədin sözlərinə görə, Suriya "Türkiyənin vasitəçiliyilə birbaşa olmayan danışıqlar yolu ilə" İsraillə hərtərəfli sülhün bərqərarında maraqlıdır. Lakin regionda hazırkı siyasi atmosfer belə münasibətləri mümkünsüz edir."İsrail hökumətinə dinc prosesdə tərəfdaş kimi baxıla bilməz, çünki müqəddəslərin (müsəlman) yəhudiləşdirilməsi barədə dünyaya çağırışlara cavab verir", - Əl-Əsəd əlavə edib.

Suriya İsrailin 1967-ci ildə işğal etdiyi Holan yüksəkliklərini qaytarmasında israr edir. Lakin Netanyahu hökuməti danışıqların başlanması üçün ilkin şərtlərdən imtina edir.

Xəbər lenti

Xəbər lenti