...

Yaxın Şərq "dördlüy"ü fələstin və israilliləri birbaşa olmayan danışıqlara başlamağa çağırır

Dünya xəbərləri Materials 19 Mart 2010 20:03 (UTC +04:00)
Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına dair beynəlxalq "dördlüy"ün üzvləri Rusiya, ABŞ, Aİ və BMT cümə günü Fələstin rəhbərliyini və İsrail hökumətini birbaşa olmayan danışıqlara başlamağa çağırıb.
Yaxın Şərq "dördlüy"ü fələstin və israilliləri birbaşa olmayan danışıqlara başlamağa çağırır

Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına dair beynəlxalq "dördlüy"ün üzvləri Rusiya, ABŞ, Aİ və BMT cümə günü Fələstin rəhbərliyini və İsrail hökumətini birbaşa olmayan danışıqlara başlamağa çağırıb.

BMT-nin baş katibi Pan Gi Mun Moskvada birgə mətbuat-konfransında "dördlüy"ün birbaşa olmayan danışıqların tərəfdarı olduğunu təsdiq edib. "Bu, Fələstin və İsrail arasında qəti barışıq razılaşmasının müzakirəsinə dair birbaşa danışıqların yenidən başlanması üçün yeganə yoldur", - o deyib. Məlumatı "Rossiya 24" telekanalı yayıb.

ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, ABŞ bu danışıqların tez bir zamanda başlanacağına ümid edir, bu danışıqlar 24 ay ərzində birbaşa danışıqlara gətirib çıxarmalıdır.

"Dördlük" üzvləri, həmçinin İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məskənlərinin tikintisi məsələsini müzakirə ediblər və İsrail əhalisi üçün tikililərin aparıldığı üç rayonda məskunlaşma fəaliyyətinin dondurulmasına çağırıblar.

"İsrail və Fələstin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməlidir və "Yol xəritəsi" üzrə beynəlxalq öhdəliklərinə riayət etməlidirlər", - Pan Gi Mun deyib. - "İsraili Fələstin ərazilərində məskunlaşma fəaliyyətini dondurmalıdır, Qərb Sahilinə hərəkətə qoyulan məhdudiyyəti aradan qaldırmalı və Fələstin evlərinin sökülməsini dayandırmalıdır".

Xəbər lenti

Xəbər lenti