...

Yanukoviç ABŞ-a apreldə səfər edəcək - XİN

Dünya xəbərləri Materials 20 Mart 2010 14:06 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviç apreldə ABŞ-a səfər edəcək. Bunu Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko deyib.
Yanukoviç ABŞ-a apreldə səfər edəcək - XİN

Ukrayna Prezidenti Viktor Yanukoviç apreldə ABŞ-a səfər edəcək. Bunu Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko deyib.

"Prezidentin ABŞ-a səfərini apreldə planlaşdırırıq. Ancaq yəqin ki, bu sonuncu səfər olmayacaq", - Qrişenko Ukraynanın "İnter" telekanalının efirində bildirib. Onun sözlərinə görə, XİN bu səfərin "səmərəli, ciddi" olması üzərində işləyir. Məlumatı RİA Novosti yazır.

Həftəlik çap olunan "Həftənin aynası" qəzetinin məlumatına görə, Yanukoviçi ABŞ-a Prezident Barak Obama dəvət edib və onlar aprelin 12-də görüşəcəklər.

Həmçinin, vitse-prezident Cozef Baydenlə, dövlət katibi Hillari Klinton, BVF və Dünya Bankının rəhbərləri ilə görüş planlaşdırılır. Bununla belə, səfər rəsmi və ya işgüzar olmayacaq, prezident nüvə təhlükəsizliyi məsələləri üzrə samittdə iştirak etmək üçün dəvət olunub. Bu barədə Ukraynanın "5 kanal" telekanalı məlumat verir.

Xəbər lenti

Xəbər lenti