...

İran, İslam Konfransı ölkələri XİN rəhbərlərinin müştərək komitəsinin iclasının keçirilməsini istəyir

Dünya xəbərləri Materials 26 Mart 2010 10:50 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Mottəki bildirib ki, Fələstində son bir neçə ayda baş vermiş hadisələr və İsrail rəsmilərinin çıxışları göstərir ki, müsəlman ölkələri və xalqları Beytül-Müqəddəs ilə bağlı ciddi işlər görməlidir. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İran, İslam Konfransı ölkələri XİN rəhbərlərinin müştərək komitəsinin iclasının keçirilməsini istəyir

İranın xarici işlər naziri Mənuçöhr Mottəki bildirib ki, Fələstində son bir neçə ayda baş vermiş hadisələr və İsrail rəsmilərinin çıxışları göstərir ki, müsəlman ölkələri və xalqları Beytül-Müqəddəs ilə bağlı ciddi işlər görməlidir. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"İlk fürsətdə İslam Konfransı ölkələrinin XİN rəhbərlərinin müştərək komitəsinin və Ərəb Birliyinin iclası keçirilsin", - deyə Mottəki deyib.

Mottəki əlavə edib ki, Beytül-Müqəddəs ilə bağlı son bir neçə ayda baş verən hadisələr və "sionist rejiminin rəsmiləri"nin çıxışları dünyanın bütün xalqları üçün həyəcan siqnalıdır. "Bütün ölkələr, xüsusilə müsəlman ölkələr bu məsələ ilə bağlı ciddi ölçü götürməli və öz fəaliyyətlərini ikiqat artırmalıdırlar", - Mottəki bildirib.

Xəbər lenti

Xəbər lenti