...

İranın Kirman əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 28 Mart 2010 14:39 (UTC +04:00)
Bu gün səhər İranın Kirman əyalətinin Kohnuc şəhərində Rixter cədvəli üzrə 3.1 və Kuhbənan şəhərlərində isə 3.3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın Kirman əyalətində zəlzələ baş verib

Bu gün səhər İranın Kirman əyalətinin Kohnuc şəhərində Rixter cədvəli üzrə 3.1 bal və Kuhbənan şəhərlərində isə 3.3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 06:31-də, ikincinin isə saat 07:34-də baş verdiyini qeyd edib.

Məlumatda zəlzələ nəticəsində ölən və yaralananların olmadığını bildirilir. Ötən 3 gün ərzində Kirman əyalətində 8 zəlzələ baş verib.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti