...

Əhməd Davudoğlu və Hillari Klinton arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 29 Mart 2010 10:43 (UTC +04:00)
Bazar günü axşam Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Hillari Klinton arasında telefon söhbəti olub. Bu barədə "Hürriyyət" qəzeti yazır.
Əhməd Davudoğlu və Hillari Klinton arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir A.Axundov/

Bazar günü axşam Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Hillari Klinton arasında telefon söhbəti olub. Bu barədə "Hürriyyət" qəzeti yazır.

40 dəqiqə davam edən söhbət zamanı iki ölkənin xarici siyasət idarəsinin rəhbəri ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qəbul olunmuş "erməni soyqırımı"na dair qətmanəmi və Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər.

Əhməd Davudoğlu ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Barak Obamanın aprelin 24-də çıxışı zamanı Türkiyənin bu məsələ ilə bağlı narahatlığı nəzərə alınacaq.

Onun sözlərinə görə, tarixi mühakimə edən qərarların üçüncü ölkə tərəfindən qəbulu Türkiyə -Ermənistan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərəcək.

"Nəinki Türkiyə və Ermənistan arasında münasibətlərə, hətta bütün Qafqazda vəziyyətə müsbət təsir göstərə biləcək proses daxili siyasi hesablaşmaların qurbanı olmamalıdır", - Əhməd Davudoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti