...

Moskva metrosunda üçüncü partlayış baş verib - "Aljazeera"

Dünya xəbərləri Materials 29 Mart 2010 11:25 (UTC +04:00)
Moskva metrosunda üçüncü partlayış baş verib. Bu barədə "Aljazeera" saytı məlumat verir. Qurbanlar barədə hələlik açıqlama yoxdur
Moskva metrosunda üçüncü partlayış baş verib - "Aljazeera"

Moskva metrosunda üçüncü partlayış baş verib. Bu barədə "Aljazeera" saytı məlumat verir. Qurbanlar barədə hələlik açıqlama yoxdur.

Bundan əvvəl "Lubyanka" və "Park kulturı" stansiyalarında iki partlayış baş verib, çoxsaylı tələfat var. Məlumatı İTAR-TASS yayıb. "Rossiya-24" telekanalının məlumatına görə, üç partlayış nəticəsində 34 nəfər həlak olub.

"Lubyanka" stansiyasında 25 nəfər həlak olub", - Rusiya FHN-in İnformasiya İdarəsinin rəisi İrina Andrianova bildirib. "14 nəfər vaqonda, 11 nəfər platformada həlak olub", - o deyib. Ən azı 10 adam yaralanıb. Onun sözlərinə görə, "Park kulturı" metro stansiyasında baş vermiş partlayış zamanı 12 nəfər həlak olub, 12 adam yaralanıb.

FHN nümayəndəsinin sözlərinə görə, "Lubyanka" stansiyasında partlayıcı qurğu ikinci vaqonda işə düşüb. "Yanğın baş verməyib. Hazırda Moskva FHN-in yanğınsöndürənləri və xilasediciləri hadisə yerində işləyirlər", - Andrianova bildirib.

Səhər yaranmış avtomobil tıxaclarına görə operativ xidmət "Lubyanka" stansiyasına yaxınlaşa bilmir. Bu barədə İTAR-TASS-a paytaxtın hüquq-mühafizə orqanlarından məlumat verilib. Bir sıra "təcili yardım", yanğınsöndürən maşınları da hadisə yerinə gedən yoldadır; belə ki, şəhərin mərkəzində tıxac var və hətta operativ xidmətin maşınları üçün də onu keçmək çətindir.

"Lubyanka" stansiyasında partlayışın təhqiqatı üçün hüquq-mühafizə və digər qurumların nümayəndələrinin iştirakı ilə qərargah yaradılıb.

"Hazırda hadisə yerində FTX-nin partlayış üzrə texnikası işləyir, partlayışın gücü müəyyənləşdirilir", - hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

İlkin versiyaya görə, mertroda terror aktı baş verib.

"Lubyanka" metro stansiyasında baş vermiş partlayış faktı üzrə "terrorizm" maddəsi üzrə cinayət işi qaldırılıb.

"Baş verənlərlə əlaqədar metropoliten stansiyalarına və adamların sıx toplaşdıqları yerlərə nəzarət gücləndirilib. Həmçinin, şəhərin küçələrində milis patrulunun sayı artırılıb", - ŞDİİ-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Viktor Biryukov bildirib.

Bundan əlavə, onun sözlərinə görə, xidmətkeçmənin gücləndirilmiş variantı daxili işlər orqanlarının rəhbər heyəti üçün xüsusi iş qrafikini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti