...

İrana qarşı sanksiyaların tətbiqi atom agentliyinin işini çətinləşdirəcək - MAQATE rəhbəri

Dünya xəbərləri Materials 31 Mart 2010 10:36 (UTC +04:00)
İrana qarşı yeni sanksiyalar o deməkdir ki, beynəlxalq nüvə müfəttişləri qısa müddətdə daha gərgin iş əldə edəcəklər. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukiya Amano çərşənbə axşamı Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
İrana qarşı sanksiyaların tətbiqi atom agentliyinin işini çətinləşdirəcək - MAQATE rəhbəri

İrana qarşı yeni sanksiyalar o deməkdir ki, beynəlxalq nüvə müfəttişləri qısa müddətdə daha gərgin iş əldə edəcəklər. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukiya Amano çərşənbə axşamı Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.

Hazırda BMT Təhlükəsizlik Şurasının üzvləri İranı öz nüvə fəaliyyətini dayandırmağa və MAQATE müfəttişləri ilə daha səmərəli əməkdaşlıq etməyə sövq etmək üçün gələcək sanksiyaları müzakirə edirlər.

"İranda tez-tez bəyan etdikləri kimi, onlar təzyiq altında hərəkət etmək istəmirlər", - baş direktor Amano ötən il bu vəzifəyə təyin olunduqdan sonra beynəlxalq agentliyə ilk müsahibəsində bildirib.

Təzyiqlər İranı Təhlükəsizlik Şurasının və MAQATE-nin qətnamə və sanksiyaları ilə üz-üzə qoyub. Bu o deməkdir ki, bəzən İran MAQATE-nin təhlükəsizlik üzrə təftişinə məhdudiyyətlə cavab verib və yeni güclər barədə müəyyən olunmuş vaxtda məlumat verməyib.

Lakin Amano yeni cəza tədbirlərinin uzunmüddətli nəticələrini proqnozlaşdırmaq istəməyib.

"Hazırda zəmanətlərə dair hərtərəfli saziş həyata keçirilməyib", - Amano Tehranın MAQATE ilə icbari təftiş sövdələşməsi haqqında deyib.

Yaponiyalı diplomat deyib ki, son həftələrdə İranın nüvə silahının hazırlanması ilə bağlı mümkün tədbirlərin açlqlanmasına meyillənməsində heç bir irəliləyiş yoxdur.

Birləşmiş Ştatlar və Rusiya arasında strateji hücum silahlarının (SHS) tərksilah edilməsi haqqında yeni müqaviləyə reaksiya verən Amano bildirib ki, agentlik bu sahədə rolu öz üzərinə götürə bilər: "Biz nüvə silahsızlaşdırması sahəsində nəzarətin həyata keçirilməsində rol oynaya bilərik".

Lakin MAQATE-nin hansı beynəlxalq müqaviləyə əsasən bu işi yerinə yetirə bilməsi hələlik məlum deyil. Amano hissələrə ayrılmış materialların istehsalının dayandırılması haqqında müqaviləni qeyd edib. Bu pakt hələ müzakirə olunmalıdır və o, ölkələri atom silahları üçün materialların hazırlanmasını dayandırmağa məcbur etməlidir.

Xəbər lenti

Xəbər lenti