Uranın mübadiləsi eyni vaxtda İran ərazisində həyata keçirilməlidir

Dünya xəbərləri Materials 21 Aprel 2010 21:00 (UTC +04:00)

Uranın mübadiləsi haqqında təkliflər indiyə kimi qüvvədədir, lakin yanacaq mübadiləsi eyni vaxtda İran ərazisində həyata keçirilməlidir. Bu barədə İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

O əlavə edib ki, buna baxmayaraq İran 20 faizə kimi uranın zənginləşdirilməsi prosesini davam etdirəcək.

"Hazırda İran BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər və 10 ölkə ilə danışıqlar aparırır", - Salehi deyib.

Onun sözlərinə görə, İran tərəfi ABŞ ilə bu məsələnin hər vasitə ilə müzakirəsini aparır.

Xəbər lenti

Xəbər lenti