...

İstanbulda toqquşmaların qarşısının alınması üçün əlavə polis bölmələri səfərbər olunub

Dünya xəbərləri Materials 1 May 2010 14:09 (UTC +04:00)
1 may - zəhmətkeşlər günü Türkiyədə mümkün toqquşmaların qarşısının alınması üçün İstanbula başqa şəhərlərdən əlavə polis bölmələri gətirilib.
İstanbulda toqquşmaların qarşısının alınması üçün əlavə polis bölmələri səfərbər olunub

1 may - zəhmətkeşlər günü Türkiyədə mümkün toqquşmaların qarşısının alınması üçün İstanbula başqa şəhərlərdən əlavə polis bölmələri gətirilib. Bu barədə CNN Turk telekanalı məlumat yayıb.

Şəhərdə asayişi qoruyan polislərin ümumi sayı 6500-ə çatır, bütün Türkiyə üzrə isə 22500 polis səfərbər olunub.

Son 32 ildə ilk dəfədir ki, Türkiyədə mayın 1-i qeyd olunur. Bundan əvvəl zəhmətkeşlər günü ancaq solçu partiyalar tərəfindən qeyd olunub.

Xəbər lenti

Xəbər lenti