...

İran Kruz raketlərini məhv edə bilən zenit qurğusunun geniş miqyasda istehsalına başlayıb

Dünya xəbərləri Materials 4 May 2010 12:01 (UTC +04:00)
İran Kruz raketlərini məhv edə bilən "Misbah 1" zenit qurğusunun geniş miqyasda istehsalına başlayıb. Yeni zenit qurğusunun istehsal xəttinin açılış mərasimində İranın müdafiə naziri Əhməd Vəhidi iştirak edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İran Kruz raketlərini məhv edə bilən zenit qurğusunun geniş miqyasda istehsalına başlayıb

İran Kruz raketlərini məhv edə bilən "Misbah 1" zenit qurğusunun geniş miqyasda istehsalına başlayıb. Yeni zenit qurğusunun istehsal xəttinin açılış mərasimində İranın müdafiə naziri Əhməd Vəhidi iştirak edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Vəhidi jurnalistlərə açıqlamasında bildirib ki, "Misbah 1" zenit qurğusu aşağı səviyyədə bütün növ hücumların qarşısını almağa, təyyarələri, vertolyotları və kruz raketlərini məhv edə bilmə qabiliyyətinə malikdir.

Vəhidi qeyd edib ki, havadan müdafiə sistemində quraşdırılmış optik və radar qurğular vasitəsilə, sistem avtomatik şəkildə hədəfə atəş açır. O, yeni qurğunun sürətli, dəqiq və uzaq məsafəni hədəfəalma qabiliyyətini onun üstün cəhətləri hesab edib.

Vəhidi əlavə edib ki, zenti qurğusu dəqiqədə 4 000 güllə ata bilir. "Qurğunun radar sistemi dost və düşmən təyyarələrini bir-birindən ayırd edə bilir. Bu qurğu, həmçinin, pilotsuz təyyarələri məhvetmə qabiliyyətinə malikdir", - deyə Vəhidi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti