...

Etiraz etmək fitnə deyil, haqqı tələb etməkdir - İranın sabiq prezidenti Xatəmi

Dünya xəbərləri Materials 4 May 2010 15:27 (UTC +04:00)
İranın sabiq prezidenti Məhəmməd Xatəmi bu gün İran Parlamentinin nümayəndələri ilə görüşündə bildirib ki, biz sağlam və azad seçkilərin keçirilməsini istəyirik; seçkilərlə bağlı rejimin ümumi siyasətlərinin açıqlanması yaranmış küsmələrin aradan qaldırılmasına səbəb olacaq. Bu barədə İranın "parlemannews" xəbər saytı məlumat yayıb.
Etiraz etmək fitnə deyil, haqqı tələb etməkdir - İranın sabiq prezidenti Xatəmi

İranın sabiq prezidenti Məhəmməd Xatəmi bu gün İran Parlamentinin nümayəndələri ilə görüşündə bildirib ki, biz sağlam və azad seçkilərin keçirilməsini istəyirik; seçkilərlə bağlı rejimin ümumi siyasətlərinin açıqlanması yaranmış küsmələrin aradan qaldırılmasına səbəb olacaq. Bu barədə İranın "parlemannews" xəbər saytı məlumat yayıb.

"Etiraz edənlərə qarşı bütün ittihamlar irəli sürülməməlidir, mən inanıram, əgər məhkəmə sistemi öz vəzifəsini düzgün yerinə yetirərsə, iddiaçı ilə ittiham olunanların yerləri dəyişəcək", - deyə Xatəmi deyib.

O əlavə edib ki, ölkənin ən böyük sərmayəçilərindən biri müəllim və fəhlələrdir. "Müəllimlər və fəhlələr inqilab edərkən və müharibə apararkən əhəmiyyət daşıyırdı, bu gün də çox böyük əhəmiyyət daşıyırlar, lakin hazırda onlar layiqincə qiymətləndirilmirlər", - deyə Xatəmi bildirib.

Xatəmi ölkədə partiya və qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılmasını tənqid edib və deyib ki, azad seçki keçirmək üçün lazımdır ki, partiya və qrupların fəaliyyəti konstitusiyada göstərildiyi kimi azad olsun.

"Partiya və qruplara fəalyyət üçün icazə verilmir və onların fəaliyyəti məhdudlaşdırılır. Onlar bağlanmaq təhlükəsi ilə üzləşirlər, qəzetlər bağlanır. Bu kimi hərəkətlərin harası konstitusiyaya uyğundur?" - deyə Xatəmi deyib.

Xatəmi deyib ki, hökumət qanuna tabe olmalı və onu icra etməlidir. "Gücün qanun çərçivəsində olması və ölkənin mənafeyinə xidmət etməsi üçün ən yaxşı şərt, söz azadlığı, partiya və qrupların azadlığının təmin olunmasıdır", - deyə Xatəmi deyib.

Xatəmi vurğulayıb ki, etiraz etmək fitnə deyil, haqqı tələb etməkdir və İslam İnqilabının rəhbəri İmam Xomeyni deyirdi ki, biz düşünməməliyik ki, kimsə bizi tənqid etməməlidir.

Xəbər lenti

Xəbər lenti