...

İran səmaya yeni peyk buraxacaq

Dünya xəbərləri Materials 7 May 2010 12:23 (UTC +04:00)
Cari ildə (yeni il İranda martın 20-dən başlayır) İran orbitə yeni peyk buraxacaq. Fars agentliyinin məlumatına görə, bu barədə İranın rabitə naziri Rza Tağıpur bildirib.
İran səmaya yeni peyk buraxacaq

Cari ildə (yeni il İranda martın 20-dən başlayır) İran orbitə yeni peyk buraxacaq. Fars agentliyinin məlumatına görə, bu barədə İranın rabitə naziri Rza Tağıpur bildirib.

Onun sözlərinə görə, peykin buraxılacağı tarix hələlik dəqiqləşdirilməyib. Bunun ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılıb. Lakin problem yaranarsa, buraxılış təxirə salınacaq.

Bu gün İiranda bir kosmodrom fəaliyyət göstərir. Lakin coğrafi yerləşməsi ilə əlaqədar obyektləri yalnız bir istiqamətdə buraxmaq mümkündür. Tağıpur deyib ki, ona görə də bir neçə kosmodromun inşası üçün yerin müəyyən edilməsi ilə bağlı işlər görülür.

Onun sözlərinə görə, İran digər islam dövlətləri ilə birgə peyk buraxmaq barədə danışıqlar aparır. İlkin razılaşma artıq əldə olunub, hazırda onun detalları müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti