...

Tehranda mülkigeyimli polis fəaliyyət göstərəcək

Dünya xəbərləri Materials 7 May 2010 14:44 (UTC +04:00)
Tehran polis rəhbəri general Hüseyn Sacidiniya bildirib ki, paytaxtda təhlükəsizliyi artırmaq üçün Tehranda mülkigeyimli polislər fəaliyyətə başlayır. Bu, artıq hökumət tərəfindən həyata keçirilən üçüncü layihədir. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Tehranda mülkigeyimli polis fəaliyyət göstərəcək

Tehran polis rəhbəri general Hüseyn Sacidiniya bildirib ki, paytaxtda təhlükəsizliyi artırmaq üçün Tehranda mülkigeyimli polislər fəaliyyətə başlayır. Bu, artıq hökumət tərəfindən həyata keçirilən üçüncü layihədir. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Sacidiniya deyib ki, artıq iki gündür, mülkigeyimli polislər Tehranda keçirilən Kitab sərgisində fəaliyyətə başlayıb və sabahdan (şənbə günü) şəhərdə işlərinə başlayacaqlar.

Onun sözlərinə görə, mülkigeyimli polislərin hamısı polis təşkilatının işçiləridir. Onların məmuriyyət hökmləri, xüsusi polis nişanı və şəxsiyyətlərini tanıtdıracaq kartları var. "Mülkigeyimli polislərin fəaliyyət istiqaməti, əsasən, oğurluq və xüsusi əməliyyatlar olacaq", - deyə Sacidiniya deyib.

Xəbər lenti

Xəbər lenti