...

Aİ-nin İspaniya sədrliyi Türkiyənin quruma daxil olması ilə bağlı danışıqlarda yeni mərhələyə başlamaq niyyətindədir

Dünya xəbərləri Materials 11 May 2010 10:26 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) ispan sədrliyi Türkiyənin quruma daxil olması barədə danışıqlarda yeni mərhələyə başlamaq istərdi. Bu barədə bazar ertəsi İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos məlumat verib. Sədrliyin xüsusi saytındakı məlumatda bildirilir.
Aİ-nin İspaniya sədrliyi Türkiyənin quruma daxil olması ilə bağlı danışıqlarda yeni mərhələyə başlamaq niyyətindədir

Avropa İttifaqının (Aİ) ispan sədrliyi Türkiyənin quruma daxil olması barədə danışıqlarda yeni mərhələyə başlamaq istərdi. Bu barədə bazar ertəsi İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos məlumat verib. Sədrliyin xüsusi saytındakı məlumatda bildirilir.

Brüsseldə Aİ-Türkiyə Assosiativ Şurasına sədrlik edən Moratinos İspaniyanın Türkiyənin Aİ-na tam inteqrasiyası üzrə öhdəliklərə əməl olunması üzrə səy göstərməkdə davam edəcəyini təsdiqləyib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Şuradan sonra keçirilən mətbuat kopnfransında bəyan edib ki, onun ölkəsi irimiqyaslı islahatları davam etdirməkdə qətiyyətlidir.

"Ola bilsin ki, bu, Türkiyə tarixində ən geniş islahatlardan biridir və biz demokratik standartların reallaşdırılması üzrə işləri davam etdirəcəyik", - Davudoğlu deyib.

Davudoğlunun sözlərinə görə, o, Aİ-nin Ali nümayəndəsi Ketrin Eştonla İran və onun nüvə iddiaları barədə danışıb. O deyib ki, Türkiyə vasitəçilik səylərini davam etdirir, "çünki hələ diplomatiya üçün meydan var".

Xəbər lenti

Xəbər lenti