...

Həbs olunmuş üç ABŞ vətəndaşının valideynlərinə İrana səfər etmək üçün viza verilib

Dünya xəbərləri Materials 11 May 2010 10:34 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki ötən gecə İran televiziyasında canlı yayımda bildirib ki, insansevərliyimizi nümayiş etdirmək məqsədi ilə həbs olunmuş üç ABŞ vətəndaşının analarına İrana səfər etmək üçün viza verilib.
Həbs olunmuş üç ABŞ vətəndaşının valideynlərinə İrana səfər etmək üçün viza verilib

İranın xarici işlər naziri Mənuçöhr Möttəki ötən gecə İran televiziyasında canlı yayımda bildirib ki, insansevərliyimizi nümayiş etdirmək məqsədi ilə həbs olunmuş üç ABŞ vətəndaşının analarına İrana səfər etmək üçün viza verilib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Möttəki deyib ki, həbs olunmuş üç ABŞ vətəndaşının valideynləri bir neçə müddət öncə övladlarını görmək üçün bizə müraciət etmişdi. "Biz İranın Nyu-Yorkdakı nümayəndəliyinə göstəriş vermişik ki, həb olunmuş bu üç nəfərin anasına viza versin. Bunun üçün onlar bizim Nyu-Yorkdakı nümayəndəliyimizə müraciət etməlidirlər", - deyə Möttəki bildirib.

Üç ABŞ vətəndaşı ötən il avqustun əvvəlində İranın qərbində yerləşən Marivan şəhərində həbs olunub. Onların sərhədi pozaraq səhvən İraqdan İran ərazisinə daxil olduqları bildirilmişdi.

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi açıqlamalarının birində İran və İraq sərhədində həbs olunmuş üç ABŞ vətəndaşının casusluqda ittiham olunduqlarını açıqlamışdı.

Dövlətabadi bildirmişdi ki, hazırda onların işi ilə bağlı təhqiqat aparılır və yaxın günlərdə üç ABŞ vətəndaşı ilə bağlı fikir bildiriləcək.

Xəbər lenti

Xəbər lenti